Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

21.10.2021

      Qısa müddət öncə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Kulinariya Sənətləri Mərkəzi “CÀSÀ” arasında kulinariya sahəsinin inkişafına dəstək məqsədilə birgə əməkdaşlığa dair memorandum imzalanıb. Birgə əməkdaşlıq otel/restoran sektorunda öz ixtisas və karyera səviyyələrini yüksəltmək istəyən şəxslər üçün müxtəlif təlimlərin təşkilini, həmçinin tədris proqramlarının yaradılmasını nəzərdə tutub.

      “CÀSÀ” və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlıq çərçivəsində təşkil etdiyi proqramlar yerli və beynəlxalq səviyyəli peşəkar mütəxəssislər tərəfindən keçiriləcəkdir. Tələbələr nəzəri biliklərlə yanaşı Bakının aparıcı otel və restoranlarında iş təcrübəsinə yiyələnəcək. Təşkil olunacaq təcrübə proqramları onlara gələcək karyeralarında yüksəlmək, həmçinin yerli və beynəlxalq miqyasda müxtəlif yeni imkanlar əldə etmək imkanı yaradacaq.

      Azərbaycan Kulinariya Sənətləri Mərkəzi (“CÀSÀ”) tələbələrə kulinariya istiqaməti üzrə yüksək səviyyəli tədris ilə yanaşı, dünya miqyasında tanınmış Böyük Britaniya diplomu əldə etmək imkanı yaradır.

1 / 14