Türkiyənin milli təhsil naziri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb

Seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfərinin on birinci günü arxada qalıb

15.10.2021

    14 oktyabr tarixində seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfəri çərçivəsində Tuzla Peşə Məktəbi ziyarət edilib. Məktəbin direktoru Muhammet Tuncer açılış nitqi etdikdən sonra proqramlaşdırma, elektronika və rabitə sahələri ilə bağlı tədris emalatxanalarına infotur təşkil olunub. Daha sonra Teknopark İstanbul Mesleki ve Teknik Anadolu Lisesinə səfər edilib. Lisey direktoru Muhammed Ali Aydının müşayiəti ilə infotur keçirilib. Təlim günü Rayon Təhsil İdarəsi və lisey rəhbərliyinin iştirakıyla şam yeməyi ilə yekunlaşıb.

    Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılaraq, sahəvi peşə təhsil müəssisələrində fəaliyyətin təşkili ilə bağlı yerində təcrübədən faydalanırlar.

1 / 14