“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Peşə təhsil müəssisələrinin rəhbər şəxsləri Türkiyəyə təlim səfəri çərçivəsində daha bir sıra peşə təhsil ocaqlarını ziyarət edib

14.10.2021

     Seçilmiş peşə təhsil müəssisələri rəhbərlərinin Türkiyəyə təlim səfərinin onuncu günündə Atalar Mesleki ve Teknik Anadolu Lisesinə səfər olunub. İlk olaraq təhsil müəssisəsinin direktoru Tamer Kamer Türkiyədə mövcud peşə təhsili pilləsində tətbiq edilən usta yanında şagirdlik yanaşması barədə məlumat verib. Daha sonra peşə təhsil müəssisəsində tədris olunan əsas istiqamətlərlə, elektrik texnologiyası, mebel, nəqliyyat vasitələrinin texnologiyasına dair istehsalat təlim otaqları və emalatxanalarla tanışlıq olub.

     Peşə İxtisas İnstitutunun nümayəndəsi Abdussamed Özcan qurumun fəaliyyəti və görülən işlər barəsində təlim iştirakçılarını maarifləndirib. Həmçinin Texniki Sertifikatlaşdırmanın baş meneceri Cemil Akdere səriştəsi olan ustaların serifikatlaşdırma mərhələsi, onların qiymətləndirilməsi, imtahanların keçirilməsi prosesi barəsində geniş mühazirə edib.

     Təlim gününün ikinci yarısında şəhid Hüseyin Ağırman Mesleki və Teknik Anadolu Lisesinə ziyarət edilib. Burada təhsil müəssisəsinin direktoru Mehmet Faideci ilə birlikdə elektronika, maşın, metal, dizayn texnologiyaları sahələrində istehsalat otaqları və emalatxanalara baş çəkilib.

     13 oktyabr tarixində baş tutan növbəti səfər Maltepe Küçükyalı Mesleki ve Teknik Anadolu Lisesinə olub. Təhsil müəssisəsinin direktoru Fatma Yetik lisey barədə ətraflı məlumat bölüşərək burada tədris olunan ixtisaslardan söz açıb.

     Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsindən ibarətdir. Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin 15 rəhbər şəxsi 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılaraq, sahəvi peşə təhsil müəssisələrində fəaliyyətin təşkili ilə bağlı yerində təcrübədən faydalanırlar.

1 / 14