Peşə Təhsili üzrə Dövlət Agentliyi

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyir.
Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir

Media nümayəndələri İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində həyata keçirilən “Dron idarəetmə və dəqiq aqronomluq” üzrə təşkil edilən təlimlərlə tanış olublar

14.10.2021

14 oktyabr tarixində media nümayəndələri Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə həyata keçirilən “Dron idarəetmə və dəqiq aqronomluq” üzrə təlimlərinin baş tutduğu İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə səfər ediblər.

Təbdirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Valeh Mirzalıyev, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov, həmçinin İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib. Agentliyin direktoru V.Mirzalıyev açılış nitqi edərək tədbir iştirakçılarını salamlayıb, sözügedən təlimin əhəmiyyəti, gələcək perspektivləri barədə məlumat verib. Açılış mərasimindən dərhal sonra media nümayəndələrinin iştirakı ilə İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinə infotur həyata keçirilib, müəssisənin maddi-texniki bazası, yaradılmış şərait, ixtisas otaqları, tələbələrin əl işləri, Mərkəzdə istehsal olunan şərab brendi ilə bağlı qonaqlara ətraflı məlumat verilib.

Daha sonra təlim iştirakçıları tərəfindən sahədə dronların uçuşu həyata keçirilib, drondan istifadə qaydaları, növbəti mərhələdə qarşıya qoyulmuş məqsədlər barədə təqdimat edilib. Bildirilib ki, təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarətdir. Kənd təsərrüfatı dronları əkinçilyin müxtəlif sahələrində istifadə edilir. Bu texnologiyanın tətbiqi nəticəsində  işlərin sürəti və məhsuldarlıq faizi dəfələrlə artırıla bilər.

Təlimlərə cəlb olunan 15 nəfər iştirakçı arasında peşə təhsil müəssisələrində çalışan müəllimlər və STEAM dərslərini tədris edən müəllimlər yer almaqdadır. 19 oktyabr tarixinədək davam edəcək təlimlərdə həm praktiki, həm də nəzəri biliklərin tətbiqi nəzərdə tutulur. Belə ki, praktiki dərslər İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin istifadəsində olan 2 hektar üzüm sahəsində, nəzəri dərslər isə sözügedən təhsil müəssisəsinin təlim otaqlarında keçirilir.

Təlimi uğurla bitirən iştirakçılara sertifikat təqdim olunacaq və növbəti mərhələdə müxtəlif peşə təhsil müəssisələrində müvafiq təlimlərin təşkilində təlimçi olaraq cəlb ediləcəklər.

1 / 14