Peşə Təhsili üzrə Dövlət Agentliyi

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyir.
Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir

Peşə təhsil müəssisələrinə mərkəzləşdirilmiş müəllim və istehsalat təlimi ustalarının işə qəbul imtahanının nəticələri açıqlanıb

14.10.2021

     2021/2022-ci tədris ili üçün peşə təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada həyata keçirilən müəllim və istehsalat təlimi ustalarının işə qəbulunun nəticələri açıqlanıb.

     Müsabiqə çərçivəsində Respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub. Ümumilikdə 130 şəxs müsabiqəni uğurla tamamlayıb və işlə təmin olunub. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılıb. Nəticələr ilə bağlı namizədlərə SMS bildirişi göndərilib, həmçinin şəxsi səhifələrində müvafiq məlumatlar yer alıb. Uğurlu nəticə göstərən namizədlər sənədlərini qəbul olduqlarını peşə təhsil müəssisəsinə 15 oktyabr tarixinədək təqdim etməlidirlər. Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulunun müsahibə mərhələsinin cari tədris ili ərzində keçirilməsi nəzərdə tutulur. Müsahibə mərhələsi uğurlu namizədlərin iş yerində daimiləşməsinə xidmət edir.

     Qeyd edək ki, cari tədris ilində ilik dəfə olaraq, Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə  aparılıb.

 

1 / 14