Peşə Təhsili üzrə Dövlət Agentliyi

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyir.
Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir

“Sistem İnzibatçısı” istiqaməti üzrə qısamüddətli təlimlər keçiriləcək

14.10.2021

     Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Sistem İnzibatçısı” istiqaməti üzrə təlimlər keçiriləcək. Təlimdə iştirak etmək üçün ərizələrin qəbulu 24 oktyabr, 2021-ci il tarixinədək davam edəcək və müraciətlər elektron ərizə forması üzərindən toplanılacaqdır.

     Təlimlərə peşə, orta ixtisas, və ya ali təhsil almış şəxslər müraciət edə bilərlər. Seçim zamanı başlanğıc səviyyə ingilis dili biliklərinin, İnformasiya Texnologiyaları üzrə təhsil və ya iş təcrübəsinin olmasına üstünlük veriləcək.

     Təlimə seçilmiş iştirakçılar “Windows" platformalı serverlərin, əməliyyat sistemlərinin qurulması, idarə olunması, proqram təminatlarının paylanması və yenilənməsi, serverlərin profillənməsi və monitorinqi, nasazlıqların aşkarlanması və aradan qaldırılması kimi sahələrdə biliklər əldə edəcəklər. İştirakçıların əldə etdikləri nəzəri bilikləri təlim zamanı tapşırıqlar vasitəsilə təcrübədə tətbiq etmək imkanları olacaq.

     Həm nəzəri, həm də praktiki hissələrdən ibarət olan təlimləri uğurla bitirən şəxslərə dövlət nümunəli sertifikat təqdim ediləcək.

     Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumatlar Agentliyinin sosial media səhifələri vasitəsilə geniş ictimaiyyət ilə bölüşülməkdədir.

1 / 14