Peşə Təhsili üzrə Dövlət Agentliyi

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyir.
Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir

“Logistika Operatoru” və “Dəmiryol Stansiyası və Keçid Növbətçisi” ixtisaslarından olan tələbələr üçün “Açıq Qapı” tədbiri keçirilib

08.10.2021

      8 oktyabr tarixində Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Logistika Operatoru” və “Dəmiryol Stansiyası və Keçid Növbətçisi” ixtisaslarından olan tələbələr və onların valideynləri üçün “Açıq Qapı” tədbiri keçirilib.

      Tədbirdə Almaniyanın Azərbaycandakı səlahiyyətli səfiri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən layihə rəhbəri və proqram eksperti, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdir müavini, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin müdir müavini və müəllim kollektivi, KOBİA-nın Gəncə-Qazax regional koordinatorluğunun koordinatoru, Şəmkir Aqropark, “Bazarstore” MMC supermarketlər şəbəkəsi və Azəbaycan Dəmir Yolları QSC-dən nümayəndələr, tələbələr və onların valideynləri iştirak ediblər.

      “Açıq Qapı” tədbirinin məqsədi tələbələrə və onların valideynlərinə peşə təhsilində dual (ikili) yanaşma, həmçinin, “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı çərçivəsində yaradılan və bu ilin sentyabr ayından Gəncə Peşə Təhsil Mərkəzlərinə təqdim olunan “Logistika Operatoru” və “Dəmiryol Stansiyası və Keçid Növbətçisi” ixtisasları üzrə özəl şirkətlərdə mövcud olan təcrübə və iş imkanları barəsində məlumat verməkdir. Tədbir zamanı səfir iştirakçılara dual peşə təhsilinin tətbiqi, kənd təsərrüfatı, logistika, nəqliyyat və turizm sektorlarında iki ölkə arasında olan münasibətlər barədə məlumat verib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən olan nümayəndələr məşğulluğun və iqtisadi inkişafın təşviqində peşə təhsilinin rolu, eləcə də, özəl sektorla əməkdaşlığın gücləndirilməsi və peşə təhsilinə dual yanaşmanın tətbiqi çərçivəsində görülmüş işlər barəsində çıxışlar edib. Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edən özəl şirkətlər sözügedən ixtisaslar üzrə təhsil alan tələbə və məzunlara təcrübə və iş imkanları barəsində məlumat verilib.

      Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi layihəsi Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyəşdirilir və 2017-2023-ci illəri əhatə edir. Azərbaycanda proqramın əsas məqsədləri tələbələrin özəl sektorda praktiki təlimə cəlb olunaraq ikili (dual) peşə təhsilini təqdim etmək, yeni peşə təhsili ixtisaslarını yaratmaq, peşə təhsili idarə heyətinin, müəllim kollektivinin və şirkətdaxili təlimçilərin potensialını gücləndirmək, məşğulluğa təsir və peşə təhsilinin inteqrasiyasına fokuslanmış davamlı iqtisadi inkişaf şəraitlərini daha da inkişaf etdirməkdir.

      Tədbir Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi (PSD TVET)” proqramının təşkilati dəstəyi ilə həyata keçirilib.

1 / 14