Peşə Təhsili üzrə Dövlət Agentliyi

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyir.
Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir

Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxsləri Türkiyəyə təlim səfərinə yollanıb

04.10.2021

Peşə təhsil müəssisələrinin idarəetməsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seçilmiş 15 peşə təhsil müəssisəsinin rəhbər şəxsləri üçün 3 oktyabr tarixindən etibarən Türkiyə Respublikasına təlim və təcrübə səfəri başlayıb.

Təlimin ilk gününün açılışını İstanbul Əyalət Təhsil İdarəsinin, “Müstakil Sanayici ve İşadamları Derneği”nin (MÜSİAD) rəhbəri Mahmud Asmalı edib. Daha sonra dosent doktor Hanifi Parlar “Müasir ixtisas təhsilində liderliyin açarı: dəyişiklik, yenilik, tərəqqi” mövzusu ətrafında müzakirələr aparıb. “Türkiyədə peşə təhsili” mövzusunda fikirlərini bölüşən İstanbul Havalimanı Peşə Və Texnik Anadolu Liseyinin müdiri Talha Bektaş pandemiya zamanı Türkiyədəki peşə təhsil müəssisələrinin əhəmiyyəti və dəyərləndirilməsi haqqında maraqlı mühazirə edib. Təlim təcrübə səfərinin 17 oktyabr tarixinədək davam etməsi nəzərdə tutulur.

Qeyd edək ki, 19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçirilən səfərin əsas məqsədi peşə təhsili müəssisələrinin idarəedilməsində Türkiyədə tətbiq edilən qabaqcıl təcrübənin öyrənilməsidir. Bakı və müxtəlif regionları təmsil edən peşə təhsil müəssisələrinin 15 nəfər rəhbər şəxs 2 həftə ərzində müxtəlif istiqamətlər üzrə təlimlərə qatılacaq, həmçinin sahəvi peşə təhsil müəssisələrində fəaliyyətin təşkili ilə bağlı yerində təcrübədən faydalana biləcəklər.

 

1 / 14