Peşə Təhsili üzrə Dövlət Agentliyi

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyir.
Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir

Peşə təhsil müəssisələrinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir

24.09.2021

     Peşə təhsil müəssisələrində 2021/2022-ci tədris ili üzrə ənənəvi tədrisin bərpası istiqamətində peşə təhsil müəssisələrində çalışan pedaqoji və texniki heyətin “COVID-19” əleyhinə vaksinasiya prosesi yekunlaşmaq üzrədir.

     22 sentyabr 2021-ci il tarixinədək ümumi heyətin 94 faizi birinci doza, 81 faizi isə hər iki doza üzrə vaksinasiya prosesində iştirak ediblər. Bakı üzrə bu göstəricilər 93 faiz, Sumqayıt üzrə 95 faiz, Abşeron rayonu üzrə 93 faiz, regionlar üzrə isə 93 faiz təşkil edir.

     Martın ayının sonundan etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Peşə təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Pandemiya şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiya prosesində iştirakı zəruridir. Vaksinasiya prosesinin qısa zamanda yekunlaşması ənənəvi tədrisin bərpasına və həmçinin peşə təhsili almaq istəyənlər üçün daha geniş təhsil imkanlarının yaradılmasına dəstək olacaqdır.

     Təhsil işçilərini #TəhsilÜçünVaksinasiya devizi altında birləşərək vaksin olunmağa və ənənəvi təhsilin bərpasına öz töhfələrini verməyə çağırırıq.

1 / 14