Peşə Təhsili üzrə Dövlət Agentliyi

Avropa İttifaqı və BMTİP peşə təhsil müəssisələrinin 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisində iştirakını dəstəkləyir.
Lənkəran Peşə Liseyi “Azərbaycanın Cənub Bölgəsinin Mətbəx Mədəniyyəti” Respublika elmi - praktiki konsfransında iştirak edib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir

Peşə ixtisaslı metodistlər tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları üçün İKT sahəsində təlimlərə başlanılıb

22.09.2021

     Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ilə əməkdaşlığı çərçivəsində avqust ayından etibarən İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsində təlimlərə başlayıb.

     Təlimlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin ixtisaslı metodistləri tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin tabeliyində olan 79 idarənin işçiləri üçün aparılır. Onlayn formatda təşkil olunan təlimlərin məqsədi işçilərin ixtisaslarını artırmaq  və ümumi kadr hazırlığını təmin etməkdir. Təlim proqramı  IT Essentials, Cyber Security, MS Office və digər aktual mövzuları əhatə edir.

     İKT təlimlərindən əlavə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin ehtiyaclarına uyğun olaraq “Avtomatika”, “Nasos qurğuları”, “Qaynaqçı” və “Mexanika” sahələrini əhatə edən təlim proqramları da hazırlanıb və növbəti mərhələdə təşkili nəzərdə tutulur.

1 / 14