Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müraciət müddəti 21 sentyabr tarixinədək uzadılıb
Merçendayzinq üzrə qısamüddətli təlimlər keçirilir
Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin nümayəndələri üçün təcrübə mübadiləsi təlimi təşkil olunub
Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılır
Peşə təhsil müəssisələrinə ilk dəfə olaraq müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbuluna başlanılır

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

09.09.2021

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Nəticələr SMS vasitəsilə müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına göndərilib. Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları http://portal.edu.az/ platformasında yerləşən “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

1 / 14