Peşə təhsilində şəbəkələşmə imkanları artırılır
Peşə təhsili sahəsində yeni layihəyə start verilib
“WorldSkills Azerbaijan” təşkilatı “WorldSkills Asia”nın “Ümumi Yığıncağı”nda iştirak edib
“Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” layihəsinin Azərbaycan üzrə yekun konfransı keçirilib
Sənaye profilli peşə təhsil müəssisələrinin “Açıq Qapı” günü tədbiri keçirilib

Peşə təhsili pilləsinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb

24.08.2021

      23 avqustda peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərin mobil telefonlarına nəticə barədə SMS  göndərilmişdir. Müsabiqədən keçən şəxslər qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatları portal.edu.az platformasında yerləşən “şəxsi kabinet” bölümündən əldə edə bilərlər.

      Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 24 avqust - 30 avqust (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

      Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

      Məlumat üçün bildiririk ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-21 avqust tarixlərində elektron qaydada həyata keçirilmişdir. 2021/2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmışdır. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 14876-sı ixtisas seçimini yekunlaşdırıb. Müraciət edənlərin sayı ötən il ilə müqayisədə 26% artmışdır.

      Qeyd edək ki, peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ ilə bağlı məlumat yaxın günlərdə paylaşılacaq.

1 / 14