Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müraciət müddəti 21 sentyabr tarixinədək uzadılıb
Merçendayzinq üzrə qısamüddətli təlimlər keçirilir
Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin nümayəndələri üçün təcrübə mübadiləsi təlimi təşkil olunub
Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılır
Peşə təhsil müəssisələrinə ilk dəfə olaraq müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbuluna başlanılır

WorldSkills Asia 2021 bacarıq yarışlarında Azərbaycanı kiber təhlükəsizlik üzrə təmsil edəcək şəxslərin seçim turu keçirilib

23.07.2021

      Azərbaycan Respublikası Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin tərəfdaşlığı ilə WorldSkills Azerbaijan platforması tərəfindən ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə  WorldSkills Asia 2021 bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turu keçirilib. Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzində baş tutan yarışa onlayn qaydada qeydiyyatdan keçmiş 30 iştirakçı qatılıb. Ümumilikdə iki hissədən ibarət olan seçim mərhələsi 4 saat davam edib və namizədlər 3 istiqamət üzrə tapşırıqları həll ediblər. Yarış ölkəmizdə COVID-19 pandemiyası səbəbindən tətbiq edilən xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla keçirilib. Yarış zalına daxil olan hər bir iştirakçının hərarəti ölçülüb, həmçinin iştirakçılar tibbi maskalarla təmin ediliblər.

     Qeyd edək ki, seçim mərhələsində ən yaxşı nəticə göstərən şəxs 28-31 iyul tarixlərində WorldSkills Asia tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı şəklində təmsil etmək hüququ əldə edəcək. Onlayn formatda təşkil ediləcək yarışlara 26 müxtəlif ölkə təmsilçilərinin qatılması nəzərdə tutulur.

    Tədbir çərçivəsində həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov media nümayəndələrinə seçim turu haqqında məlumat verib və media nümayəndələrinin suallarını cavablandırıb.

     Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə  inteqrasiya etmək imkanı yaradır.

 

1 / 14