Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir
“Ön Ofis/Satış Təmsilçisi” istiqməti üzrə qısamüddətli təlimlər keçiriləcək
Peşə ixtisaslı metodistlər tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları üçün İKT sahəsində təlimlərə başlanılıb
Peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda təlimlər keçirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin II mərhələsinə başlanılır

“Unity ilə Oyun Yaradılması” (Game Development with Unity) istiqaməti üzrə intensiv qısamüddətli təlimlər həyata keçirəcək

17.07.2021

    Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Dynamic Box şirkəti ilə əməkdaşlıq çərçivəsində “Unity ilə Oyun Yaradılması” istiqaməti (Game Development with Unity) üzrə intensiv qısamüddətli təlimlər həyata keçirəcək.

    4 ay müddətində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək. İntensiv şəkildə keçirilən təlimlərdə iştirakçılar oyun yaradılması prosesinin əsas prinsiplərini öyrənməklə yanaşı, oyun ideyasının formalaşmasından istifadəyə veriləcəyi ana qədər konseptin dizayna necə çevrildiyi haqqında faydalı biliklər əldə edəcəklər. İştirakçılar həm də video oyunların hazırlanması prosesinin hər bir mərhələsində dizayn, proqramlaşdırma, oyun mühərriki, kitabxanalar kimi müxtəlif elementlər və alətlərdən düzgün istifadə qaydalarını öyrənəcəklər.

    Belə ki, 4 ay ərzində tələbələrin yeni sənayeyə inteqrasiyasının təmin edilməsi planlaşdırılır. Təlimin sonunda hər bir tələbə 8 kiçik və 1 orta həcmli layihə icra etmiş olacaq. Təlimi uğurla bitirən şəxslər həm oyun, həm də vizualizasiya sahəsində yerli və xarici tələbatı qarşılamağa dəstək ola biləcəklər.

    Təlimə daha öncədən kifayət qədər C# proqramlaşdırma biliyi olan şəxslər qəbul ediləcək. Seçim mərhələsində yeni texnologiyaları və proqramları sürətlə öyrənmək qabiliyyəti olan şəxslərə üstünlük veriləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikat təqdim olunacaq. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

     Müraciətlərin 31 iyul, 2021-ci il tarixinədək bu keçid üzərindən göndərilməsi mümkündür.                                                                                                                                                

    İl ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyilə müxtəlif Peşə Təhsil Mərkəzlərinin nəzdində İT sahəsi üzrə daha çox təlimlərin keçirilməsi planlaşdırılır. Yeni açılan qısamüddətli təlimlər barədə məlumatlar mütəmadi olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sosial media səhifələri üzərindən bölüşülməkdədir.

1 / 14