Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

15.07.2021

     Peşə təhsil müəssisələrinin idarəetməsində Türkiyə təcrübəsinin öyrənilməsi məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Ankara şəhərində işgüzar səfərdə olub.

     Səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində həyata keçiriləcək əməkdaşlıq layihələri müzakirə edilib, peşə təhsil müəssisələrinin idarəolunması, tədrisdə keyfiyyət təminatı və peşə təhsil müəssisələrində istehsal və xidmətin təşkili mexanizmləri ilə yerində tanışlıq baş tutub. Həmçinin peşə təhsil müəssisələrində dayanıqlı maliyyə modelinin yaradılması ilə bağlı müzakirələr aparılıb.

     Nümayəndə heyətinin Türkiyə Respublikası Milli Təhsil Nazirliyi, Ankara Milli Təhsil İdarəsində bir sıra görüşləri və qabaqcıl peşə təhsil müəssisələrinə ziyarətləri baş tutub.

1 / 14