Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir
“Ön Ofis/Satış Təmsilçisi” istiqməti üzrə qısamüddətli təlimlər keçiriləcək
Peşə ixtisaslı metodistlər tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları üçün İKT sahəsində təlimlərə başlanılıb
Peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda təlimlər keçirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin II mərhələsinə başlanılır

“Bacarıqlı ol" usta yanında öyrənmə proqramı çərçivəsində icra edilən “Satıcı-kassir” təlimləri başa çatıb

05.07.2021

Ötən həftə "Bacarıqlı ol" usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bazarstore” supermarketlər şəbəkəsi ilə birlikdə icra edilən “Satıcı-kassir” ixtisası üzrə həyata keçirilən təlim iştirakçıları ilə görüş keçirilib.

Görüşdə təlim məzunları, layihəyə cəlb olunmuş peşə təhsili müəssisələrinin müəllimləri, “Bazarstore” MMC-nin işə qəbul üzrə bölmə rəhbəri Ülvi Gülüşov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili siyasəti və məzmunu şöbəsinin müdiri Zaur Əliyev və "Bacarıqlı ol" usta yanında öyrənmə proqramının layihə rəhbəri Çinarə Quliyeva iştirak edib.

Təlimin bütün iştirakçılarına sertifikatlar təqdim olunub. Daha sonra, keçirilmiş qiymətləndirmənin nəticəsi olaraq, ən yüksək bal toplamış beş məzuna “Bazarstore” MMC tərəfindən mükafatlar verilib.

Görüş zamanı təlim məzunlarına “Bazarstore” MMC-nin mağazalar şəbəkəsində işləmək üçün işə qəbul üzrə müraciət anketlərini doldurmaq imkanı yaradılıb. Hal-hazırda “Bazarstore” MMC tərəfindən işə qəbul anketlərin təhlili və müsahibələrin aparılması həyata keçirilməkdədir.

Qeyd edək ki, 12 həftə davam edəm təlim müddətində iştirakçılar nəzəri biliklər və praktiki məşğələlər vasitəsi ilə real iş mühitində sözü gedən ixtisas üzrə bacarıq və səriştələrə yiyələniblər.

1 / 14