Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrində 27 sentyabr “Anım Günü”nə həsr olunan silsilə tədbirlər həyata keçirilib
Peşə təhsil müəssisələrinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir
“Ön Ofis/Satış Təmsilçisi” istiqməti üzrə qısamüddətli təlimlər keçiriləcək
Peşə ixtisaslı metodistlər tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları üçün İKT sahəsində təlimlərə başlanılıb
Peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda təlimlər keçirilir

"Fantaziyanızı biç, çantaya çevir" müsabiqəsinin qalibləri bəlli olub

09.06.2021

     Worldskills Azerbaijan platformasının təşkil etdiyi "Fantaziyani biç, çantaya çevir" müsabiqəsinin qalibləri məlum olub. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş yekun qiymətləndirmə mərhələsində münsiflər heyəti tərəfindən 60-dan çox çantaya baxış keçirilib. Münsiflər heyətinin qiymətləndirməsi və Facebook sosial mediasında keçirilən səsvermə nəticəsində Nadirli Ramilə 78.3 balla I yerə, Cəfərli İlahə 68.8 balla II yerə, Babayev Murad 68 xalla III yerə layiq görülüb. Növbəti günlərdə təşkil olunacaq bağlanış mərasimində qaliblərə hədiyyələr, pul mükafatı və sertifikatlar təqdim ediləcək.

     Xatırladaq ki, münsiflər heyətinin tərkibi Azərbaycan Milli Geyim Mərkəzinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin təsisçisi və Worldskills Azerbaijan platformasının dəb texnologiyaları üzrə səfiri modelyer-dizayner Gülnarə Xəlilova, “Libas” moda evinin həmtəsisçisi, rəssam-dizayner Zemfira Cəfərova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Geyim dizaynı” kafedrasının müdiri, rəssam Nazim Yunusov, “Sinteks” şirkətinin marketinq şöbəsinin direktoru Ceyla Hüseynzadə və Worldskills Azerbaijan platformasının Texniki nümayəndəsi Ceyran Məmmədlidən ibarətdir.

     Qeyd edək ki, müsabiqəyə 60-dan çox iştirakçı qatılıb və namizədlərin təqdim etdikləri eko çantaların iki mərhələli qiymətləndirilməsi həyata keçirilib. I mərhələ Facebook üzərindən keçirilmiş anonim səsvermədən, II mərhələ isə çantaların münsiflər heyəti tərəfindən 6 meyar üzrə qiymətləndirməsindən ibarət olub. Müvafiq olaraq I mərhələ ümumi qiymətləndirmənin 25, II mərhələ isə 75 faizini təşkil edib.

     Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır

1 / 14