Peşə Təhsili üzrə Dövlət Agentliyi

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə iki həftəlik təlim səfəri başa çatıb
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfərinin on birinci günü arxada qalıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilib

04.06.2021

      Bu gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tanıtım tədbiri keçirilib. Saat 11:00-dan etibarən başlayan tədbirdə işəgötürənlər, ümumtəhsil məktəblərinin IX sinif şagirdləri ilə yanaşı valideyn və müəllim kollektivi, həmçinin uğurlu məzunlar da iştirak edib.

      Açılış nitqində mərkəzin direktoru Qalib Nəbiyev qonaqları salamlayaraq iştirakçılara  müəssisə haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıları turizm, aqrar və sənayenin digər sahələri üzrə peşə ixtisasları barədə maariflənib, Mərkəzin ümumi fəaliyyətini əks etdirən təqdimatla tanış olublar.

      “Açıq qapı” tanıtım tədbirinə qatılan işəgötürən müəssisələr sırasında Qəbələ rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova, işəgötürən müəssisələrin rəhbərləri,  “Aspi Aqro MMC”-nin direktoru Cahangir Şəfizadə, “Qafqaz Qəbələ MMC”-nın İnsan resursları şöbəsinin müdiri B. Müzəffərov, Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin KOB dostu departamentinin Şəki - Zaqatala regional  koordinatorluğunun  Oğuz-Qəbələ nümayəndəsi Ruslan Qarayev yer alıb.  Sözügedən işəgötürənlər çıxışları zamanı peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin vacibliyi, əmək bazarında peşə təhsilinin rolu istiqamətində müzakirələr aparıblar.

      Təhsil Mərkəzinin uğurlu məzunlarından olan Zaman Məmmədli və Nihad Məmmədlinin çıxışları zamanı şagirdlərə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında tövsiyyələrini verib  və  uğur hekayələrini bölüşüblər. Çıxışlar bitdikdən sonra şagirdlər master-klass dərslərə dəvət olunub, aşpaz, qaynaqçı, dülgər, qənnadçı-şirniyyatçı, tikişçi, xalçaçı ixtisasları üzrə dərslərdə iştirak ediblər.

      Tədbirin rəsmi hissəsinin yekununda, şagirdləri maraqlandıran suallara cavab verilib və sonda qonaqlar Təhsil Mərkəzinin maddi-texniki bazası ilə yaxından tanış olublar.

1 / 14