Peşə Təhsili üzrə Dövlət Agentliyi

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə iki həftəlik təlim səfəri başa çatıb
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfərinin on birinci günü arxada qalıb

İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzlərində “Üzüm və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrin işə əsaslanan peşə təlimi uğurla davam edir

03.06.2021

      Aprel ayından başlayaraq Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyilə həyata keçirilən “Bacarıqlı Ol” Usta yanında öyrənmə layihəsi çərçivəsində İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzlərində “Üzüm və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrin işə əsaslanan peşə təlimi uğurla davam edir. Tələbənin “təcrübəyə əsaslanan öyrənmə” metodu üzrə həyata keçirilən təlim proqramı praktiki biliklərin real iş mühitində əldə edilməsini təmin edir.

      Proqram çərçivəsində İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Üzüm və şərab ustası” ixtisası üzrə təhsil alan 14 nəfər tələbəsi “İsmayıllı Şərab-2” ASC (Chabiant Winery) müəssisəsində təşkil edilmiş istehsalat təcrübəsində “Di Vine Consulting” MMC-nin yerli və xarici mütəxəssislərinin nəzarəti və rəhbərliyi altında təcrübə qazanmaq imkanı əldə edib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin eyni adlı  ixtisas üzrə təhsil alan 22 nəfər tələbəsi isə Qəbələdə yerləşən “Aspi Agro” üzüm emalı zavodunda peşə təhsili mərkəzi üçün ayrılmış sahədə mövsümi işləri həyata keçirməklə istehsalat ustalarının rəhbərliyi ilə praktiki biliklər əldə etməkdədirlər.

      İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzləri üçün ayrılmış təsərrüfat sahəsindən tələbələr tərəfindən yığılacaq məhsulun şərab istehsalı üçün istifadə olunması nəzərdə tutulur.

    Qeyd edək ki, tələbələr “Bacarıqlı ol” Usta yanında öyrənmə proqramı tərəfindən gündəlik qida, nəqliyyat ilə təmin olunurlar və təcrübə müddətində gördükləri iş müqabilində müəyyən ödəniş alırlar. İyun ayının sonuna qədər davam edəcək təcrübə proqramının sonunda tələbələrə işə əsaslanan peşə təlimini uğurla bitirməklə barədə sertifikatlar təqdim olunması nəzərdə tutulur.

     

1 / 14