Peşə Təhsili üzrə Dövlət Agentliyi

Mingəçevir Peşə Məktəbi təhsil və sənaye sahələri üzrə üçtərəfli əməkdaşlıq formatında görüş keçirib
“Bacarıqlı ol! – Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
Təhsil naziri energetika naziri ilə görüşüb
Peşə təhsili üzrə teledərslərin 11 iyun tarixi üçün cədvəli
"Fantaziyanızı biç, çantaya çevir" müsabiqəsinin qalibləri bəlli olub

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir

08.05.2021

      Ötən ay Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Performance Center” MMC-nin iştirakı ilə Avtomobil istiqaməti üzrə peşəkar kadr hazırlığını təmin etmək məqsədilə təlimlər təşkil olunub. 4 may 2021-ci ildə Peşə Təhsil Mərkəzində təlimi müvəffəqiyyətlə başa vurmuş bütün iştirakçılara Mərkəz tərəfindən sertifikatlar və yüksək nəticə göstərən təlim iştirakçılarına Şirkət tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

      Təltif olunma mərasiminin sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Performance Center” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

      Kifayət qədər təcrübəli kadr resursuna və yüksək səviyyəli təcrübənin təmin olunması üçün zəruri olan texniki ehtiyatlara malik hər iki tərəf arasında qurulmuş əməkdaşlığın başlıca məqsədi uğurlu təcrübə mübadiləsini təmin etmək, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğunlaşan mütəxəssislərin hazırlanmasında dəstək olmaq və eləcə də, avtomobil sahəsində məşğulluğun təmin olunması istiqamətində birgə fəaliyyət göstərməkdir.

      Qeyd edək ki, əməkdaşlıq çərçivəsində artıq avtomobil sahəsi üzrə peşəkar kadrların yetişdirilməsi, ixtisasartırma və təkmilləşdirmə kurslarının yaradılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.

 

1 / 14