Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir
“Ön Ofis/Satış Təmsilçisi” istiqməti üzrə qısamüddətli təlimlər keçiriləcək
Peşə ixtisaslı metodistlər tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları üçün İKT sahəsində təlimlərə başlanılıb
Peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda təlimlər keçirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin II mərhələsinə başlanılır

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb

07.05.2021

     Ötən gün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Qəbələ Arxeoloji Mərkəzində baş tutan görüşdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev  çıxış edərək, iki müəssisə arasında qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsi və ixtisaslı kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyətə malik olmasından və gələcək prespektivlərdən söz açıblar.

     Memorandumun əsas məqsədi “Qəbələ Dövlət Tarix-Bədii Qoruğu” əməkdaşlarının bilik və bacarıqlarının daim artırılması məqsədilə  razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdən ibarətdir. Əməkdaşlıq çərçivəsində “Qəbələ Dövlət Tarix-Bədii Qoruğu” peşəkar mütəxəssislərinin təhsil mərkəzində tədris prosesinə cəlb edilməsini təmin etmək, müəssisə tərəfindən istehsalat təcrübəsi zamanı tələbələrin işi öyrənməsinə və vəzifəsinin icrasına nəzarət etmək üçün şirkətdaxili təlimçi ayırmaq nəzərdə tutulur.

     İmzalama mərasimindən sonra toplantı iştirakçıları “Qafqaz Albaniyasının Paytaxtı Qəbələ” filminə birgə izləyib. Daha sonra arxeoloji qazıntılardan əldə olunan nümunələrlə  tanış olan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin kollektivi Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Qəbələ Arxeoloji Mərkəzində yaradılmış “Nizami Gəncəvi” guşəsinə baxış keçirib və daha sonra 44 günlük vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək üçün ərazidə ağacəkmə aksiyada iştirak ediblər.

1 / 14