Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir
“Ön Ofis/Satış Təmsilçisi” istiqməti üzrə qısamüddətli təlimlər keçiriləcək
Peşə ixtisaslı metodistlər tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları üçün İKT sahəsində təlimlərə başlanılıb
Peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda təlimlər keçirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin II mərhələsinə başlanılır

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyi arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva etdirən Anlaşma Memorandumu imzalanıb

07.05.2021

      Azərbaycanda yerli zərgərlik sənayesinin inkişafına dəstək göstərən “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd peşə təhsili səviyyəsi çərçivəsində ölkənin zərgərlik bazarında zərgər ustalara olan kadr ehtiyacının qismən və ya tam ödənilməsi, ölkədə məşğulluğun və özünəməşğulluğun artırılması, Azərbaycan zərgərlik adət-ənənələrinin qorunub-saxlanılması və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə fəaliyyət göstərməkdir. Eyni zamanda, yeni əməkdaşlıq müasir avadanlıqlarla çalışa bilən və innovativ zərgər ustaların hazırlanması, tədris olunan proqramların və resursların təkmilləşdirilməsi və tələbələr üçün təcrübə proqramlarının təşkilinə dəstək verəcəkdir.

    Anlaşma Memorandumu çərçivəsində razılaşdırılan əməkdaşlıq istiqamətlərindən biri də peşəyönümü işinin həyata keçirilməsinə dəstək kimi peşə təhsilinin zərgərlik sənayesi üzrə təşviq edilməsi üçün birgə işlərin görülməsidir.  Bununla bağlı olaraq, tələbələrin Azərbaycanda zərgərlik məmulatlarının istehsalı ilə məşğul olan şirkətlərin və sahibkarların istehsal bazasında istehsalat təlimi və təcrübəsi keçməsi nəzərdə tutulur.

  Həmçinin, müvafiq peşə sahəsində tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində Azərbaycanda fəaliyyət göstərən sahə mütəxəssislərinin iştirakının təmin edilməsi, tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris plan və proqramların birgə hazırlanması və innovativ peşə təhsili metodlarının tətbiqi ilə əlaqədar birgə fəaliyyət peşə təhsilinin nüfuzunun yüksəldilməsi və tələbələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsinə vasitəçilik edəcəkdir. Birgə əməkdaşlıq nəticəsində Azərbaycanda zərgərlik məmulatlarının istehsalı ilə məşğul olan şirkətlərin əməkdaşlarının və sahibkarların bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığının təşkili peşəkar kadr ehtiyacının ödənilməsinə şərait yaradacaqdır.

    Yeni tədris ilindən etibarən qarşılıqlı razılaşdırılmış fəaliyyət planına əsasən daha intensiv fəaliyyətlərin icrası nəzərdə tutulur.

1 / 14