Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinin əməkdaşlarının vaksinasiyası uğurla davam edir
Peşə təhsili üzrə teledərslərin 18 may tarixi üçün cədvəli
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsil müəssisələrində təhsil alan tələbələrin sahibkarlıq düşüncəsinin formalaşdırılması istiqamətində növbəti virtual görüş keçirilib
Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun imtahan mərhələsinin yekunları açıqlanıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə “Karyera və iş yarmarkası” keçirilib

04.05.2021

       4 may tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib.

       “Karyera və iş yarmarkası”ını giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev açaraq, tədbirin məqsədinin işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təminatı,  turizm müəssisələrinə  gənc və peşə  təhsilli peşəkarları tanıtmaq və potensial işçiləri tapmalarına dəstək həmçinin, gənclərə iş əldə etmək imkanı vermək olduğunu bildirmişdir. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Gabala Hospitality Groupun, Qəbələ Dövlət Bədii-Tarix Qoruğunun,  Qəbələ Gənclər İdman İdarəsinin nümayəndələri çıxış edərək ölkədə aparılan sosial-iqtisadi inkişaf, əhaliyə göstərilən dövlət dəstək mexanizmlər və proqramlar haqqında geniş məlumat verilib.     

       “Karyera və iş yarmarkası”na  rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox  işsiz və işaxtaran vətəndaş qatılıb, 132  nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halları qəbul edilib. Digər iştirakçılara əmək bazarında lazım olan bacarıqlar üzrə təlimatlar verilmiş,  həmçinin öz karyera hədəflərini təyin etməyə köməklik göstərilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş iş yerlərinə göndərişlər verilib.

       Ümumilikdə tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilib.

1 / 14