Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinin əməkdaşlarının vaksinasiyası uğurla davam edir
Peşə təhsili üzrə teledərslərin 18 may tarixi üçün cədvəli
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə peşə təhsil müəssisələrində təhsil alan tələbələrin sahibkarlıq düşüncəsinin formalaşdırılması istiqamətində növbəti virtual görüş keçirilib
Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun imtahan mərhələsinin yekunları açıqlanıb

Gələcək əməkdaşlıq istiqamətlərinin təsdiqi məqsədilə “AzerGold”un nümayəndə heyəti Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub

09.04.2021

          “AzerGold” QSC İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub.

         Görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov təhsil müəssisəsində yaradılan şərait barədə ətraflı məlumat verib. Nümayəndə heyəti Mərkəzin maddi-texniki bazası ilə tanış olub, həmçinin təhsil müəssisəsinin laboratoriya və emalatxanalarına baxış keçirib. “AzerGold”  QSC və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında 2020-2021-ci illər üzrə əməkdaşlığa dair imzalanmış Fəaliyyət Planına uyğun olaraq keçirilən görüşdə mərkəzdə tədris olunan bir sıra texniki təmayüllü ixtisaslar üzrə kadr hazırlığı məsələləri müzakirə olunub. Bununla yanaşı, Peşə Təhsili Mərkəzində təhsil alan şagirdlərin Cəmiyyətin istehsalat sahələrinə tanıtım-təcrübə səfərlərinin təşkil edilməsinə dair razılıq əldə edilib.

         Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti və Peşə Təhsil Mərkəzinin əməkdaşları Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” filiz emalı sahəsinə səfər ediblər.

         Mədəndə istehsalat prosesi və yaradılan iş şəraiti ilə tanış olan qonaqlar istehsalatın bütün mərhələlərini əks etdirən videotəqdimatı izləyib. Nümayəndə heyətinə emal sahəsində metal tökümü və xəlitələrin hazırlanması nümayiş etdirilib. Qonaqlara qiymətli metalların ixracatı və şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə ətraflı məlumat verilib.

       Xatırladaq ki, ötən ilin may ayında dağ-mədən sahəsi üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində “AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb.

1 / 14