Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrində 27 sentyabr “Anım Günü”nə həsr olunan silsilə tədbirlər həyata keçirilir
Peşə təhsil müəssisələrinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir
“Ön Ofis/Satış Təmsilçisi” istiqməti üzrə qısamüddətli təlimlər keçiriləcək
Peşə ixtisaslı metodistlər tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları üçün İKT sahəsində təlimlərə başlanılıb
Peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda təlimlər keçirilir

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Qafqaz-Qəbələ” MMC, “Tufandağ” MMC və “Qəbələnd” MMC arasında anlaşma memorandumu imzalanıb

07.04.2021

       Ötən həftə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Qafqaz-Qəbələ” MMC, “Tufandağ” MMC və “Qəbələnd” MMC  arasında anlaşma memorandumu imzalanıb. Memorandumun əsas məqsədi əməkdaşlıq istiqamətləri çərçivəsində bilik və bacarıqların daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək, tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris planları və proqramlarını birgə hazırlamaqdan ibarətdir. Sözügedən əməkdaşlıq həmçinin peşəkar mütəxəssislərin peşə təhsili müəssisəsində tədris prosesinə cəlb edilməsinə, tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təhsilalanların əməkdaş təşkilatların bazalarındakı müəssisələrdə istehsalat təlimi keçmələrinə şərait yaradılmasına, müvafiq istiqamətlər üzrə təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsində biznes tərəfdaşlıq formasının iştirakını təmin edilməsinə və digər işgüzar əlaqələrin yaradılmasına imkanlar yaradacaq.    

       Qeyd edək ki, əməkdaşlıq çərçivəsində mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların təcrübə proqramlarında iştirak etməsi, razılaşdırılmış cari və yeni istiqamətlər üzrə təlim proqramlarının təşkili və bacarıqlarının qiymətləndirilməsi, eləcə də təhsilalanların işlə təmin olunması nəzərdə tutulur.

1 / 14