Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinin pedaqoji heyətinin vaksinasiya prosesi yekunlaşmaq üzrədir
“Ön Ofis/Satış Təmsilçisi” istiqməti üzrə qısamüddətli təlimlər keçiriləcək
Peşə ixtisaslı metodistlər tərəfindən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin əməkdaşları üçün İKT sahəsində təlimlərə başlanılıb
Peşə təhsili üzrə təhsil proqramlarının tətbiqi, istehsalat təlimi və təcrübəsinin təşkili mövzusunda təlimlər keçirilir
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin II mərhələsinə başlanılır

WorldSkills Azerbaijan təcrübə proqramı elan edir

07.04.2021

       WorldSkills Azerbaijan platforması ali təhsil müəssisələrinin III-IV kurs tələbələri və məzunları üçün təcrübə proqramı həyata keçirir. Üç ay davam edəcək proqram müddətində təcrübəçi bacarıq yarışlarının təşkil olunmasına, eləcə də layihələrin idarə edilməsinə və kommunikasiya işlərinə dəstək verəcək. Təcrübə proqramı ödənişlidir.Qeyd edək ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır.

       Bu platforma gənclərə dünyanın ən nüfuzlu bacarıq olimpiyadasında iştirak etmək və Azərbaycanı beynəlxalq müstəvidə təmsil etmək imkanı yaradır.

       Təcrübə proqramı haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün bu keçidə daxil olmağınız xahiş olunur.

            

1 / 14