Peşə Təhsili üzrə Dövlət Agentliyi

Gələcək əməkdaşlıq istiqamətlərinin təsdiqi məqsədilə “AzerGold”un nümayəndə heyəti Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olub
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Gabala Hospitality Group-un (GHG) əməkdaşlıq layihəsini uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub
Peşə təhsili üzrə teledərslərin 9 aprel tarixi üçün cədvəli
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə “Qafqaz-Qəbələ” MMC, “Tufandağ” MMC və “Qəbələnd” MMC arasında anlaşma memorandumu imzalanıb
WorldSkills Azerbaijan təcrübə proqramı elan edir

Peşə təhsili pilləsi üzrə özəl sektor ilə əməkdaşlıq çərçivəsi genişləndirilir

06.04.2021

         Ötən həftə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “CN Group” arasında əməkdaşlıq memorandumu imzalanıb.

      Qeyd edək ki, müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz edilmiş, elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli kadr və resurslara malik olan tərəflər başlıca olaraq müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması, eləcə də keyfiyyətə nəzarət istiqamətində birgə fəaliyyət göstərəcəklər. Belə ki, neft–qaz sektorunun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılacaq şərait müvafiq istiqamətlər üzrə təhsilalanların sənayenin ehtiyaclarına uyğun kadr kimi formalaşmasına birbaşa dəstək verəcək.

      Həmçinin, əməkdaşlıq çərçivəsində Mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirakı, yeni istiqamətlər üzrə tədris proqramlarının hazırlanması istiqamətində rəylərin alınması, təlim və personal sertifikatlaşdırma proqramlarının həyata keçirilməsi, müvafiq bilik və bacarıqların qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilən tələbələrin işlə təmin olunması nəzərdə tutulur.

         Qeyd edək ki, hər iki tərəfin əməkdaşlığı nəticəsində birgə perspektiv layihələrin hazırlanması nəzərdə tutulur.

1 / 14