Turin Prosesi İşçi qrupunun görüşü keçirilib
Bakı və regionlarda həyata keçirilən “Dual Təhsil Proqramı”nın aralıq monitorinqi uğurla davam etdirilir
Peşə təhsilində təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat görüşü keçirilib
“Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbir keçirilib
Peşə təhsil müəssisələrindəki kommunikasiya mütəxəssislərinin hazırlığı üçün növbəti tədbir keçirilib

Peşə təhsilinin təşkilində özəl sektorun peşəkar mütəxəssisləri birbaşa iştirak edir.

05.02.2021

         Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edən dövlət-özəl sektorun peşəkar mütəxəssisləri tədris prosesinə cəlb olunaraq peşəkar kadr resurslarını artırır. Mərkəzin avtomobil istiqaməti üzrə mütəxəssisləri sırasına “Avtolux” şirkətinin texniki direktoru Sənan Məmmədov da daxil olub. Sənan Məmmədov Mərkəzin təhsilalanları üçün avtomobil istiqaməti üzrə modulları tədris edir. 

         Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Avtoluks Azərbaycan” MMC şirkəti arasında 2020-ci ildə anlaşma memorandumu imzalanmışdır. Əməkdaşlıq çərçivəsində hər iki müəssisə peşəkarlıq səviyyəsinin artırılması və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərirlər.

1 / 14