Peşə Təhsili üzrə Dövlət Agentliyi

Mingəçevir Peşə Məktəbi təhsil və sənaye sahələri üzrə üçtərəfli əməkdaşlıq formatında görüş keçirib
“Bacarıqlı ol! – Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
Təhsil naziri energetika naziri ilə görüşüb
Peşə təhsili üzrə teledərslərin 11 iyun tarixi üçün cədvəli
"Fantaziyanızı biç, çantaya çevir" müsabiqəsinin qalibləri bəlli olub

Crafting Futures layihəsi çərçivəsində Yaradıcı Təlim modulunun tədrisi üzrə sənətkarlıq sahəsində həvəsli və gələcək-yönümlü düşünən müəllim və tələbələrin seçiminə başlanılır

26.01.2021

         Peşə Təhsili üzrə Dövlət Agentliyinin də benefisiar olduğu British Council təşkilatının təşəbbüsü və Plimut İncəsənət Kollecinin  tərəfdaşlığı ilə icra edilən Crafting Futures layihəsi çərçivəsində pilot olaraq Yaradıcı Təlim modulunun təqdim edilməsi nəzərdə tutulur. Fevral-mart aylarında baş tutacaq yeni Yaradıcı Təlim modulunun tədrisi üzrə sənətkarlıq sahəsində həvəsli və gələcək-yönümlü düşünən müəllim və tələbələrin seçiminə başlanılır. Azərbaycan üçün nəzərdə tutulmuş yeni Yaradıcı Təlim modulunun hazırlanması Plimut İncəsənət Kolleci və Asmart Creative Hub birgə icra edilməkdədir.

        Qeyd edək ki, təlim, incəsənət üzrə ixtisaslaşmış kollec və ya peşə təhsili müəssisələrində çalışan müəllim və təhsil alan tələbələr üçün nəzərdə tutulur. Pilot olaraq həyata keçirilən təşəbbüsdən, təhsil aldıqları kollec və ya peşə təhsili müəssisənin 3-cü və ya son kursunda olan tələbələr, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdnində fəaliyyət göstərən incəsənət kolleci və peşə təhsili müəssisələrinin  müəllimləri yararlana biləcəklər.

        Pilot təşəbbüs çərçivəsində, 1 həftəlik onlayn intensiv təlimin həyata keçirilməsi nəzərdə tutulmaqdadır. Təlimlər Azərbaycan dilində təşkil ediləcək və təlimə Azərbaycanın istənilən bölgəsindən qatılmaq imkanı təmin olunacaqdır. Qeyd edək ki, qeydiyyat onlayn formada aparılır və 8 fevral tarixinədək davam edir. Seçilmiş namizədlərin 15 Fevral tarixinədək təlimlərə dəvət olunması nəzərdə tutulur. Seçim mərhələsi Crafting Futures layihəsinin tərəfdaşlar tərəfindən aparılacaqdır.

Qeydiyyat linki burada

1 / 14