Peşə Təhsili üzrə Dövlət Agentliyi

Mingəçevir Peşə Məktəbi təhsil və sənaye sahələri üzrə üçtərəfli əməkdaşlıq formatında görüş keçirib
“Bacarıqlı ol! – Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib
Təhsil naziri energetika naziri ilə görüşüb
Peşə təhsili üzrə teledərslərin 11 iyun tarixi üçün cədvəli
"Fantaziyanızı biç, çantaya çevir" müsabiqəsinin qalibləri bəlli olub

Lənkəran Peşə Liseyi tələbələrinin də qatıldığı “Gənc fermer” layihəsi yekunlaşıb

25.01.2021

       Müasir Gənclərin İnkişafına Dəstək İctimai Birliyi ilə Lənkəran Peşə Liseyi birgə həyata keçirdikləri "Gənc Fermer" layihəsi yekunlaşıb. Layihə müddətində Lənkəranın müxtəlif kəndlərindən olan tələbələr tərəfindən tinglərin yetişdirilməsi və satışı həyata keçirilib. Layihə çərçivəsində iştirakçılar nəzəri biliklərin paylaşıldığı həm əyani, həm də onlayn qaydada təşkil edilən təlimlərdə iştirak edib və praktiki təcrübə qazanıblar.

       Xatırladaq ki, layihənin məqsədi Lənkəran rayonunda ənənəvi sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması və gəncləri lokal layihələrə cəlb etməklə, onların məşğulluğunun təmin edilməsindən ibarət olub.

       Layihəyə qatılan gənclər çay tinglərinin yetişdirilməsi ilə bağlı artıq öz bizneslərinin qurulması ilə bağlı müəyyən işlərə start veriblər.

1 / 14