Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Avtomobil” istiqaməti üzrə peşə təhsili alan tələbələrin işlə təminolunmasının genişləndirilməsi istiqamətində növbəti əməkdaşlıq təşəbbüsü

18.01.2021

      Ötən həftə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Hyundai” markalı avtomobillərin Azərbaycanda yeganə və səlahiyyətli rəsmi distribüteri olan “Auto Azərbaycan” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

      Əməkdaşlığın əsas məqsədi Mərkəzdə təhsilalanların ixtisaslı kadrlara çevrilməsinə dəstək verməkdən ibarətdir. Ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə əməkdaşlıq çərçivəsində Mərkəzin elmi texniki laboratoriyası və istehsalat bazası ilə yanaşı şirkətin infrastrukturundan da istifadə nəzərdə tutulur. Özəl sektorun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan bu şərait “Avtomobil” istiqaməti üzrə Mərkəzin təhsilalanlarının sənayenin ehtiyaclarına uyğun gələcək kadr kimi formalaşmasına birbaşa dəstək verəcəkdir. Həmçinin, memorandum çərçivəsində avtomobil sahəsi üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması, eləcə də şirkət nümayəndələri tərəfindən Mərkəzdə  ixtisasartırma və təkmilləşdirmə kurslarının yaradılması nəzərdə tutulub.

      Qeyd edək ki, əməkdaşlıq çərçivəsində “Avtomobil” istiqaməti üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi, həmçinin təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilən şəxslərin işlə təmin olunması nəzərdə tutulub.

1 / 14