“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Ötən həftə özəl sektorun peşə təhsili ilə inteqrasiyasının perspektivləri istiqamətində Azərbaycanda Amerika Ticarət Palatasının təşkilatçılığı ilə onlayn vebinar təşkil edilib

18.09.2020

       10 Sentyabr 2020-ci il tarixində AmCham üzv şirkətləri,  AmCham İdarə Heyətinin üzvləri, İnsan Resursları və Əmək Komitəsinin sədr müavini, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və İşəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin (BDPTM) direktorunun iştirakı ilə vebinar təşkil olunub.

       İnsan Resursları və Əmək Komitəsinin sədr müavini Ellada Alışova açılış nitqində özəl sektorun peşə təhsili ilə inteqrasiyasının perspektivlərini həmçinin, qlobal sənaye bazarı üçün rəqabətədavamlı kadrlar hazırlamağın vacibliyini vurğulayıb.

       Daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov peşə təhsilinin iqtisadiyyatdakı rolundan danışaraq Sənaye və İnnovasiyalar üzrə BDPTM-in bu sahədə rəhbər olduğunu qeyd edib. Ceyhun Kərəmov çıxışının sonunda AmCham üzv şirkətlərini Sənaye və İnnovasiyalar üzrə BDPTM ilə əməkdaşlığa dəvət edib.

       Sənaye və İnnovasiyalar üzrə BDPTM-in direktoru Rəşad Xanlarov Mərkəzin profili, potensialı, əməkdaşlıq imkanları və ixtisaslı kadrların hazırlanması barədə təqdimat  nümayiş etdirib. Təqdimatda Mərkəzin dövlət-özəl tərəfdaşlıq modeli əsasında qurduğu əməkdaşlıqları, 30-dan çox imzalanmış anlaşma memorandumları, mərkəzin nəzdində beynəlxalq akademiyaların yaradılması barədə qeyd edilib. Əlavə olaraq təcrübə proqramları, şirkət nümayəndələrinin iştirakı ilə təşkil olunan vebinarlar, peşə təhsilinin inkişafı üçün yaradılan qısamüddətli kurslar haqqında məlumat verilib. Sənaye və İnnovasiyalar üzrə BDPTM şirkətləri təhsil prosesinə inteqrasiya etməyə və strateji yol xəritəsinin hədəflərinə uyğun olaraq dövlət-özəl tərəfdaşlıq modelini birgə qurmağa dəvət edib.

1 / 14