“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Peşə təhsili pilləsi üzrə tədrisi aparan pedaqoji heyətin İKT üzrə bilik və bacarıqları təkmilləşdirilir.

16.09.2020

       Təlim planına uyğun olaraq İKT sahəsi üzrə 6 müxtəlif təlimin təşkili nəzərdə tutulub. Bu təlimlər MS Word, MS Powerpoint, MS Teams, Cisco, MS Excel, Kiber təhlükəsizlik və Peşə Təhsili İnformasiya Sistemindən istifadə sahələrini əhatə edir. Ümumilikdə ilin sonuna qədər davam edəcək İKT təlimlərində 4200-ə qədər müəllim-pedoqoji heyətin iştirakı nəzərdə tutulur.

         Peşə təhsili müəssisəsiləri üçün təşkil edilən təlimlər Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təlimçiləri tərəfindən aparılır. Ötən dövrdə MS Word, MS Powerpoint və MS Teams proqramları üzrə təşkil edilmiş təlimlərə 1200-dən artıq iştirakçı qatılıb.  Qeyd edək ki, peşə təhsili pilləsi üzrə tədrisi aparan pedaqoji heyətin İKT üzrə bilik və bacarıqlarının artırılması pandemiya dövründə qismən distant təşkil edilən dərslərin keyfiyyətinin artırılmasına istiqamətlənib.

       Qeyd edilən təlimləri uğurla bitirmiş iştirakçılara sertifikatların təqdim edilməsi nəzərdə tutulur. Həmçinin müvafiq kurslar üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən aparılacaq imtahanları uğurla başa vuran iştirakçılara dövlət nümunəli sertifikat da təqdim edilməsi nəzərdə tutulur.

1 / 14