“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "AzerGold" QSC arasında əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb

10.09.2020

      Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "AzerGold" QSC arasında 2020-2021-ci illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb.         

     Fəaliyyət Planı peşə təhsilinin nüfuzunun və cəlbediciliyinin artırılması, əmək bazarında tələb və təklifin uzlaşdırılması, mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, tədrisin təşkili və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsini müəyyən edir.

     Qeyd edək ki, “AzerGold” QSC-nin yeni mədən layihələrinin icrasının ən fəal mərhələsində, 2025-2029-cu illər ərzində böyük hissəsi texniki peşə təhsilli mütəxəssislər olmaqla 14 minə qədər şəxsin işə cəlb edilməsi nəzərdə tutulur. İxtisaslaşmış peşə sahiblərinə yaranacaq böyük tələbat nəzərə alınaraq tərəflər arasında imzalanan Fəaliyyət Planı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi, “AzerGold” QSC-nin fəal iştirakı ilə ehtiyac duyulan təyinatlar üzrə kadrlar yetişdiriləcək. Birgə əməkdaşlıq fəaliyyətinin nəticəsində peşə təhsilini uğurla başa vurmuş ixtisaslı kadrların təcrübi biliklərə yiyələnməsi və Cəmiyyət tərəfindən müvafiq sahələr üzrə işlə təmin olunması nəzərdə tutulur.

     Xatırladaq ki, tərəflər arasında imzalanan Fəaliyyət Planının hüquqi bazasını cari ilin may ayında qurumlar arasında qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı üzrə ehtiyac duyulan peşə təhsilli ixtisaslı kadrların hazırlanması istiqamətində birgə fəaliyyətlə bağlı imzalanmış Anlaşma Memorandumu təşkil edir.

1 / 14