“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Peşə təhsili pilləsi üzrə sənəd qəbulu mərhələsinə başlanılır.

26.08.2020

        Ötən gün peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunub. Uğurlu nəticə göstərən şəxslərin qəbul oldduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır.

        Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər 26 avqust - 2 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

        Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

        Məlumat üçün bildiririk ki, peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust tarixlərində elektron qaydada həyata keçirilmişdir. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmışdır. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27% artım müşahidə olunub.

        Qeyd edək ki, peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə nümayiş etdirməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər.

1 / 14