“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Peşə təhsili pilləsi üzrə müraciət edənlərin sayı açıqlanıb.

18.08.2020

      2020-2021-ci tədris ili üzrə tələbə qəbulu prosesində 8263 şəxs elektron qaydada qeydiyyatdan keçərək hesab açıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 6061-i ixtisas seçimi edib. Qeyd edək ki, müraciət iki mərhələdə həyata keçirilir və peşə təhsili almaqda maraqlı olan şəxslər 24 avqust tarixinədək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməklə yanaşı, ixtisas seçimini də yekunlaşdırmalıdırlar.

        Peşə təhsili pilləsi üzrə müraciət ünvanlayan şəxs müvafiq ixtisasları seçdikdən və təsdiq etdikdən sonra, şəxsi kabinetinə daxil olaraq müraciətinin statusunu izləyə bilər. Qeyd edək ki, buraxılış imtahanında iştirak etməyən şagirdlər də ümumtəhsil müəssisələri tərəfindən şagirdin bitirdiyi tədris ili, təhsil bazası və fənlər üzrə illik qiymətləri qeyd olunan arayış əsasında peşə təhsili pilləsinə qəbul prosesində iştirak edə bilər.

       Müraciətçinin qeydiyyat prosesi ilə bağlı çətinliyi yaranarsa, şəxsi kabinetində yer alan “təlimat”la, həmçinin “video təlimat”la tanış olmalı və həlli tapmayan digər hallarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin qaynar xətti (012-599-12-77) və sosial media vasitələri üzərindən müraciət ünvanlamalıdır.

        Qeyd edək ki, ilk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaqdır. Peşə təhsili almaq istəyənlər arasında ən çox üstünlük verilən ixtisaslar, məhz işəgötürən müəssisələrlə birgə həyata keçirilən ikili proqramlardır.

         Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

1 / 14