“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Peşə təhsil mərkəzinin kadr hazırlığı istiqamətində növbəti təşəbbüsü

12.08.2020

          Koreya peşə təhsili standartları əsasında fəaliyyət göstərən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Active Group MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

        Qeyd edək ki, birgə əməkdaşlıq edəcəyimiz Active Group MMC dünya avtomobil ehtiyat hissələri bazarında qabaqcıl sayılan BOSCH, TOTAL, DELPHI, SCHAEFFLER GROUP və sair distribyutor şirkətlərin beynəlxalq qrupu olan “Nexus Automotive İnternational”ın rəsmi üzvüdür. Belə ki, birgə fəaliyyət dövründə peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində işlərin görülməsi prioritet vəzifələrdən hesab olunur.

        Əməkdaşlıq çərçivəsində mərkəzdə avtomobil sahəsində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “Active Group” şirkəti tərəfindən dəstək göstərilməsi də nəzərdə tutulur.

           Qeyd edək ki, beynəlxalq təhsil standartlarına əsaslanan və qlobal sənaye tələbatına uyğun olan rəqabətqabiliyyətli kadr hazırlığını öz qarşısına başlıca öhdəlik kimi təyin edən Mərkəz, dövlət və özəl sektorda əməkdaşlıq çərçivəsini artıq kifayət qədər genişləndirmişdir.

1 / 14