“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

“KKM Group” ilə Peşə Mərkəzinin birgə əməkdaşlıq

11.08.2020

          Ötən həftə “Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” ilə “KKM Group” MMC arasında gələcək əməkdaşlıq istiqamətlərini özündə ehtiva etdirən Anlaşma Memorandumu imzalanıb.

       Müasir texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə və yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə xidmət edən “KKM Group” ilə əməkdaşlıq memorandumunun imzalanmasında başlıca məqsəd peşəkarlıq səviyyəsinin artırılması, razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və eləcə də, gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərməkdir.

       Peşə Mərkəzinin “KKM Group” şirkəti tərəfindən Rəqəmsal Marketinq istiqamətində dəstək alacağı da anlaşma çərçivəsində qarşıda duran öhdəliklərdəndir. Bu öhdəliklərə əsasən, məhsul və ya xidmətlərlə bağlı müxtəlif faydalı materiallar hazırlayaraq müştərilərlə ünsiyyət qura bilməkdə, sayt, sosial media, e-mail marketinq, TV, radio, bloq, qapalı qrup və forumlar kimi fərqli platformalar üzərindən məlumatların çatdırılması istiqamətində fəaliyyət şamil olunur.

        Qeyd edək ki, gələcəkdə “KKM Group” şirkətinin mütəxəssisləri tərəfindən Mərkəzdə SEO Optimizasiya, SMM xidməti, E-poçt marketinq və məzmun marketinq istiqamətləri üzrə təlimlərin keçirilməsi də nəzərdə tutulmuşdur.

1 / 14