“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Peşə təhsil pilləsi üzrə tələbə qəbuluna dair mətbuat konfransı baş tutub.

10.08.2020

          10 avqust tarixində peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna həsr edilən mətbuat konfrans baş tutub.

        Mətbuat konfransı açan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov ilk dəfə olaraq peşə təhsil müəssisələrinə qəbulun elektron qaydada həyata keçiriləcəyini bildirib. Həmçinin 10-24 avqust tarixlərində https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada aparılacaq tələbə qəbulu qeydiyyatından ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslərin müraciət edə biləcəyi qeyd olunub. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacağı və ilk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramların tətbiq olunacağı da açıqlanıb. Mətbuat konfransı zamanı həmçinin peşə təhsili pilləsi üzrə görülən işlər barədə ətraflı məlumat paylaşılıb.

       Qeyd edək ki, peşə təhsil pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş Peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur.

     Mətbuat konfrans zamanı həmçinin qeydiyyat təlimatı nümayiş etdirilib və qeydiyyatdan keçmə qaydası barədə ətraflı məlumat paylaşılıb. Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

1 / 14