“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

“Bərdə Peşə Liseyinin Modernləşməsi” layihəsinin idarəetmə komitəsinin növbəti iclası baş tutub.

17.07.2020

        Ötən həftə “Bərdə Peşə Liseyinin Modernləşməsi” layihəsinin idarəetmə komitəsinin növbəti iclası baş tutub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor müavini Elnur Nəsibov, Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin Proqram rəhbəri Joana Varao və həmçinin layihənin yerli və xarici tərəfdaşları arasında yer alan Azərbaycan Respublikası Təhsil İnstitutunun Direktor müavini Anar Nağıyev, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş Katibin müavini Fuad Hümbətov, Baş katib vəzifəsini icra edən Kristina Məmmədova, Jarvamaa Peşə Təhsil Mərkəzinin Rəhbəri Rein Oselin onlayn qaydada təşkil edilən görüşə qatılmışlar.

         Görüş zamanı layihə çərçivəsində görülən işlər, hazırda icrası davam edən və layihənin fəaliyyət planına uyğun olaraq həyata keçirilməsi planlaşdırılan işlər barəsində məlumat verilmiş, ünvanlanan suallar cavablandırılmışdır. Eyni zamanda, layihənin icrası ilə bağlı yaranan çətinlik və onların aradan qaldırılmasında irəli sürülə biləcək alternativlər müzakirə mövzusu olmuşdur.

         Qeyd edək ki, Avropa Birliyinin maliyyə dəstəyilə həyata keçirilən layihə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən icra olunmaqdadır.

1 / 14