“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Azərbaycandakı rəsmi avtomobil dilerlərindən Peşə Təhsil Mərkəzinin məzunları üçün iş imkanları

03.07.2020

       29-30 iyun və 01 iyul tarixlərində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yapon istehsalı olan Subaru, Honda və  Mitsubishi avtomobil markalarının rəsmi satış və texniki xidmət mərkəzlərinin mütəxəssisləri ilə birlikdə Mərkəzin “Avtomobil diaqnostikası və təmiri üzrə usta” ixtisasının məzunları ilə görüşlər keçirmişlər. Görüşlər Microsoft Teams platforması üzərindən həyata keçirilmişdir.

         Baş vermiş görüşlərin əsas məqsədi, qeyd olunan servis mərkəzləri tərəfindən mərkəz təhsilalanları üçün seçim meyarları müəyyən etmək və təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlara iş imkanları yaratmaqdan ibarət idi.

        Qeyd edək ki, Peşə Təhsil Mərkəzi ilə özəl sektor arasında qurulmuş əməkdaşlıq çərçivəsində Mərkəz tərəfindən təhsilalanları üçün daha öncə təcrübə imkanları yaradılmışdır. Belə ki, Peşə Təhsil Mərkəzinın mühəndis–pedoqoji heyəti tədris ili ərzində təhsilalanlarla birlikdə təcrübə proqramı çərçivəsində Toyota, Honda, Mazda, Mitsubishi və Subaru avtomobil markalarının rəsmi satış və texniki xidmət mərkəzləri ilə yaxından tanış olmaq imkanı qazanmışlar. Təcrübə proqramı çərçivəsində texniki xidmət mərkəzlərin yüksək standartlara cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılmış və əyani olaraq avadanlıqların iş prinsiplərini nümayiş etdirilmişdir. Bununla yanaşı təcrübə proqramında iştirak edən təhsilalanlar texniki xidmət mərkəzinin ixtisaslı texniki kadrları ilə birlikdə nəqliyyat vasitələrinə texniki xidmət göstərmişlər.

      Qeyd edək ki, platforma üzərindən baş tutmuş görüşlər Mərkəz məzunlarının ünvanladıqları sualların şirkət nümayəndələri tərəfindən cavablandırılması ilə yekunlaşmışdır.

1 / 14