Peşə Təhsili üzrə Dövlət Agentliyi

Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi ilə peşə təhsili pilləsi üzrə əməkdaşlıq çərçivəsində video-konfrans keçirilib.

12.06.2020

       11 iyun tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində görüş təşkil edilib. Görüşə həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi, Texniki və Peşə Təhsili İdarəsi, bir sıra peşə təhsili müəssisələrinin nümayəndələri video-konfrans formatında təşkil edilən görüşə qatılıb.

          Görüş zamanı peşə təhsili sahəsində iki ölkə arasında hazırkı əməkdaşlıq vəziyyəti, qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığa töhfəsi, ötən ilin oktyabr ayında Türkiyə Respublikası Milli Təhsil nazirinin ölkəmizə səfəri zamanı ölkə rəhbərliyi tərəfindən qəbul edilməsi məsələlərinə toxunulub. Görüşün əsas mövzusu iki ölkənin təhsil nazirlikləri arasında peşə təhsili sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasından ibarət olub. Tərəflər peşə təhsilinin inkişafı ilə bağlı birgə layihələrin reallaşdırılması imkanlarını vurğulayıb və birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə ediblər.

1 / 14