Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Həssas qruplardan olan tələbələr üçün yeni onlayn platforma istifadəyə verildi

21.05.2020

       "Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 aprel 2020-ci il tarixli 138 nömrəli Qərarına əsasən hazırlanmış məlumat sistemi artıq istifadəyə verilmişdir. Sistemə daxil olmaq üçün www.e-telebe.edu.az   ünvanından istifadə edilməlidir. Qeydiyyatın bilavasitə tələbə tərəfindən aparılması nəzərdə tutulur.

        Tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sisteminin istifadəçi təlimatı ilə tanış olması məsləhət görülür. Tələbə qeydiyyat zamanı hər hansı çətinliklə üzləşərsə, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (146 – 1) müraciət edə bilər.

  istifadəçi təlimatı

1 / 14