Peşə təhsilində şəbəkələşmə imkanları artırılır
Peşə təhsili sahəsində yeni layihəyə start verilib
“WorldSkills Azerbaijan” təşkilatı “WorldSkills Asia”nın “Ümumi Yığıncağı”nda iştirak edib
“Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” layihəsinin Azərbaycan üzrə yekun konfransı keçirilib
Sənaye profilli peşə təhsil müəssisələrinin “Açıq Qapı” günü tədbiri keçirilib

İKT istiqamətində düzgün peşə seçimi və iş imkanları mövzusunda vebinar.

08.05.2020

         8 may tarixində peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə İKT istiqamətində düzgün peşə seçimi və iş imkanları mövzusunda vebinar təşkil edilib. Peşə Təhsili üzrə dövlət Agentliyinin  Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, Microsoft Azərbaycan nümayəndəliyinin Təhsil proqramları üzrə meneceri Emin Axundov, Cisco Azərbaycan nümayəndəliyinin Ərazi biznes meneceri Fərid Zeynalov və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarovun  iştirakı ilə təşkil edilən vebinarda hazırda ən çox müraciət olunan ixtisaslar, əmək bazarında mövcud tələbat kimi mövzular əhatə olunub. Peşə Təhsili üzrə Dövlət Agentliyinin Facebook və Youtube səhifələrində yayımlanan vebinarda peşə təhsilində maraqlı olan şəxslərin də ünvanladığı suallar cavablandırılıb.

1 / 14