Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

Təhsilalanları üçün məsafədən təhsil imkanı - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin simasında

26.04.2020

       Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tədris prosesinin dayandırıldığı müddət ərzində, Təhsil Nazirliyinin təhsilalanlara təhsil proqramlarının təmin edilməsi məqsədilə təklif etdiyi “Microsoft Teams” platformasına qoşularaq, təlim-tədris prosesinin məsafədən təşkilini təmin etməkdədir.

       Qeyd edək ki, “Microsoft Teams” platforması vasitəsilə təhsil müəssisələri üçün video bağlantı qurmaqla tədris, müzakirələri təşkil etmək üçün interaktiv alətlərdən istifadə, mühazirə və digər dərs materiallarının ötürülməsi, istənilən ölçüdə materialların yerləşdirilməsi, qrup işinin aparılması kimi imkanlar yaradır.

       Bununla yanaşı, Mərkəz Azərbaycan ərazisində Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədrisdə yaranmış müvəqqəti fasilə ilə əlaqədar olaraq, təhsilalanların dərs prosesindən kənar qalmaması üçün müvafiq videodərslərin hazırlanmasını davam etdirir. Mərkəz tərəfindən hazırlanmış videodərslər Mərkəzin “Youtube” kanalında, Facebook səhifəsi və video.edu.az portalında yenilənərək yerləşdirilir.

       Qeyd edək ki, videodərslər Mərkəzin mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun olaraq tərtib olunur. Dərslər Mərkəzdə tədris olunan 8 ixtisas istiqamətləri üzrə mövzuları əhatə edir və müxtəlif cihaz və avadanlıqların iş prinsipləri və təlimatları əks etdirir. Videodərslərdən peşə təhsil müəssisələrində təhsil alan tələbələr, texniki sahənin müəyyən istiqamətlərində bacarıq və vərdişlərini artıqmaq istəyən şəxslər, müəllimlər metodik vəsait kimi istifadə edə bilərlər.

1 / 14