Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Dərzi”, “Aşbaz” və “Bərbər” ixtisasları üzrə teledərslər hazırlanır.

19.03.2020

         Tədris prosesinin optimal şəkildə təşkili məqsədilə martın 29-dan başlayaraq “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə “Dərs vaxtı” adlı teledərslərə start veriləcəkdir. Teledərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə və dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətləndirilmişdir.

         Hazırda “Dərzi”, “Bərbər” və Aşbaz” ixtisasları üzrə teledərslərin hazırlanması istiqamətində işlər gedir.

         Peşə ixtisasları üzrə dərs cədvəli qısa zamanda açıqlanması nəzərdə tutulur.

         “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər, sözügedən dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin elektron resurslarında da izləyə bilərlər.

1 / 14