Turin Prosesi İşçi qrupunun görüşü keçirilib
Bakı və regionlarda həyata keçirilən “Dual Təhsil Proqramı”nın aralıq monitorinqi uğurla davam etdirilir
Peşə təhsilində təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat görüşü keçirilib
“Heydər Əliyev dayanıqlı Azərbaycan peşə təhsilinin yaradıcısıdır” adlı tədbir keçirilib
Peşə təhsil müəssisələrindəki kommunikasiya mütəxəssislərinin hazırlığı üçün növbəti tədbir keçirilib

Azərbaycan peşə təhsilli kadrların olimpiadası kimi tanınan “WorldSkills Asia” təşkilatına üzv qəbul edilib.

17.03.2020

         13 mart tarixində Azərbaycanın “WorldSkills Asia” təşkilatına ünvanladığı üzvlük müraciəti müsbət qiymətləndirilib. Hazırda Azərbaycan sözügedən təşkilata üzv ölkələr sırasında yer alır. Sözügedən təşkilat “WorldSkills” müsabiqəsinin Asiya qitəsi səviyyəsində aparılan regional əməkdaşlığı, yarışların keçirilməsi, həmçinin bilik və bacarıqların inkişaf etdirilməsi üzrə mümkün təcrübə mübadiləsini nəzərdə tutur.

         Bacarıqların yarışması kimi qəbul edilən format qitə səviyyəsində bilik və bacarıqları təşviq etmək, işəgötürənlərlə yaxından çalışma kimi məsələləri hədəfləyir. Əsas vəzifəsi dünya iqtisadiyyatı üçün vacib sayılan texnoloji və xidmət sahələrində bacarıqların və peşələrin inkişaf etdirilməsi, bu sahədə mövcud olan bilik və bacarıqların üzv ölkələr arasında təşviq edilməsi olan edilən “WorldSkills Asia” müsabiqəsi, həmçinin “Peşə təhsilli kadrların olimpiadası” kimi də qəbul olunur.

         İki ildən bir keçirilən yarışlarda ölkəmizin bir neçə ixtisas üzrə cari ilin noyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil ediləcək “WorldSkills Asia” yarışmasına qatılması planlaşdırılır.

1 / 14