“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Kadr hazırlığı və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində işlər aparılır.

24.02.2020

            21 fevral 2020-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “Otokoç Azərbaycan” MMC və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) arasında görüş keçirilib. Görüş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində mərkəz rəhbərliyinin, pedoqoji-mühəndis heyətinin və təhsilalanların iştirakı ilə baş tutub.

        1997-ci ildən “Otokoç Azərbaycan” Şirkəti tərəfindən Azərbaycanda fəaliyyətə başlayan “AVIS” Şirkəti, öz təcrübəsi və korporativ idarəetmə prinsipləri ilə yerli bazarda kifayət qədər uğurlar qazanıb. Tərəflər arasında cari görüşün keçirilməsində başlıca prioritet kimi gələcəkdə qarşılıqlı əməkdaşlığın qurulması olub. “Otokoç Azərbaycan” MMC ilə əməkdaşlıq peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığına və gələcək kadr ehtiyaclarının ödənilməsi tövhə verəcəkdir.

           Görüş zamanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov qonaqlara Peşə Təhsili Mərkəzi haqqında ətraflı məlumat verib, mərkəzin strateji inkişaf hədəflərindən danışıb. Mərkəz rəhbərinin sözlərinə əsasən, Mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub.

           Görüş zamanı nümayəndə heyətinə Mərkəzin cari standartlarına tam cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Nümayəndə heyətinin üzvləri peşə təhsili müəssisəsinin infrastrukturu ilə yaxından tanış olub, mərkəzdə çalışan mütəxəssislər ilə gələcək perspektivlərə dair fikir mübadiləsi aparıb, emalatxanalarda və tədris-mühazirə otaqlarında gedən dərs proseslərini izləyiblər.

           Tərəflər arasında gedən fikir mübadiləsi və hərtərəfli resurslarının mövcudluğu gələcəkdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasına şərait yaratmış olub.

1 / 14