Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşəyönümü istiqamətində təbliğat və maarifləndirmə işləri davam etməkdədir.

21.02.2020

         Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin peşəyönümü işlərinin planına uyğun olaraq, peşəyönümü üzrə təbliğat işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün müəllim və pedoqoji - mühəndis heyətindən ibarət təbliğat qrupları yaradılıb. Sözügedən təbliğat işinə məsul olan qruplar tərəfindən ümumtəhsil məktəblərində silsilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Peşəyönümü işinin optimal şəkildə təşkili məqsədilə təqdimatlar həyata keçilir,  bukletlər və digər əyani məlumat daşıyıcı sənədlər paylanılır.

           14 və 18 fevral 2020-ci il tarixlərində Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşlarının iştirakı ilə 183  və 284 nömrəli orta məktəblərdə peşəyönümü is­tiqamətində maarifləndirmə tədbirləri keçirilib. Tədbir məktəbin rəhbər və müəllim heyəti, va­li­deyn­lər və IX-XI sinif şagirdlərinin iştirakı ilə həyata keçirilib.

           Tədbirdə peşə təhsilinin vacibliyindən, yeni istifadəyə verilmiş Təhsil Mərkəzinin imkanlarından, işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Tədbir zamanı həmçinin mərkəzdə tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat ver­ilib. Şagirdlər böyük həvəslə bu tədbirdə iştirak edib və müxtəlif səpgili suallar ünvanlayıblar.

            Tədbirin sonunda şagirdlərə sorğu vərəqələri paylanılıb və gələcəkdə üstünlük verəcəyi peşə ixtisasları barədə qeydlər aparılıb.

1 / 14