“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb
Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb

Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib.

17.02.2020

             14 fevral 2020-ci il tarixində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndələri ilə görüş keçirilib. Görüşdə Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin direktoru Rie Hiraoka bankın Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Görüş zamanı peşə təhsili sahəsində nəticəyə əsaslanan maliyyələşmə sisteminin qurulması, həmçinin qlobal əmək bazarında yaranan gələcək bacarıqlara (future skills) olan tələbata uyğun olaraq infrastruktur layihələri, təhsilverənlər və məzmunun yenilənməsi müzakirə edilib.

            Hazırda AİB ilə Təhsil Nazirliyinin 2016-cı ildən davam edən uğurlu əməkdaşlığının nəticəsi olaraq Peşə Təhsili və Təlimi pilləsi üzrə islahatların növbəti mərhələsi çərçivəsində Asiya İnkişaf Bankının dəstəyi ilə Texniki Yardım layihəsi həyata keçirilir.

1 / 14